Haqqımızda

Şirkət haqqında

Şirkətimiz 1989-cu ildə “Tovuz üzüm istehsalı” kooperativi adı ilə Tovuz rayonunda Dövlət qeydiyyatından keçərək, ilk kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan özəl şirkət kimi fəaliyyətə başlamışdır.

1993-cü ildə isə “Tovuz üzüm istehsalı” kooperativinin bazasında “Tovuz-Baltiya” MMC yaradılmışdır. İlk istehsal etdiyi məhsulları Baltikyanı ölkələrə: Litva, Latviya, Estoniya və Polşa ölkələrinə göndərərək yüksək uğurlar əldə etdiyinə görə şirkət “Tovuz-Baltiya” adlandırılmışdır.

Şirkətin öz balansında olan bağlarda yerli sortlardan əlavə Fransadan gətirilmiş texniki üzüm sortları da mövcuddur. Bu bağlardan əlavə əhalidən 5 min ton meyvə-gilə meyvə məhsulunu qəbul etmək gücünə malikdir. “Tovuz-Baltiya” MMC Avropa standartlarına cavab verən İtaliya, Almaniya və Fransa avadanlıqlari ilə  təmin edilmişdir.

Misiyamız

Şirkətin məqsədi yüksək keyfiyyətli məhsullar istehsal etmək və Azərbaycan şərabçılıq sənətini dünyada tanıtmaqdır.

Vizyonumuz

Bizi fərqli edən kreativliyimizdir.

Dəyərlərimiz

Sağlamlıq

Müştərilərimizin sağlamlığı hər şeydən öndə gəlir

Keyfiyyət

Müştəri yönümlü yüksək keyfiyyətli məhsullar bizim gələcəyimizdir.

Dürüstlük

Bütün işlərimizdə dürüstlüyü və ədaləti təmin edirik.

İncəlik

İncəlik bizim hər bir işimizdədir

Diplom və medallar

Naig C0 şirkəti, “Tovuz-Baltia” LTD, şərab və spirtli içkilərin yarışlarında şərab və konyak məhsullarına görə dəfələrlə məhsulların keyfiyyətinə görə fəxri diplomlar almışdır ((Qızıl medal) və “Böyük Qızıl Medal” ( Moskva, Sankt-Peterburq), həmçinin Frankfurt, Cenevrə, Yaponiya və Fransadakı beynəlxalq mükafatlar.